Daxili işlər orqanlarında kadr hazırlığı qaydası dəyişib
Tarix: 06-12-2023 21:59 | Bölmə: Xəbərlər
Daxili işlər orqanlarında kadr hazırlığı qaydası dəyişib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Reyting.az
xəbər verir ki, fərmana əsasən, daxili işlər orqanları üçün kadr hazırlığı qaydası da müəyyənləşib. Qanuna əsasən, daxili işlər orqanlarının orta, böyük, ali rəis heyəti vəzifələri üçün orta ixtisas və ali hüquq təhsilli kadrların hazırlanması, habelə daxili işlər orqanlarının əməkdaşlarının əlavə təhsilli müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələri tərəfindən həyata keçiriləcək.

Müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları (18 yaşına çatmayan kursantlar istisna olmaqla) və dinləyiciləri müvafiq təhsil proqramlarının tərkib hissəsi olaraq, ixtisas üzrə təcrübənin keçirilməsi məqsədilə daxili işlər orqanlarının üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb ediləcəklər.

Daxili işlər orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarının müvafiq icra hakimiyyəti orqanının xüsusi təyinatlı təhsil müəssisələrində əlavə təhsilə cəlb edilməsi daxili işlər orqanlarının müvafiq ixtisaslı mütəxəssislərlə komplektləşdirmə ehtiyaclarının ödənilməsi məqsədilə həyata keçiriləcək.




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb