Bayden: “Ramazan ayında hərbi əməliyyatlar dayanacaq”
Tarix: 28-02-2024 13:01 | Bölmə: Xəbərlər
Bayden: “Ramazan ayında hərbi əməliyyatlar dayanacaq”

ABŞ prezidenti Co Bayden deyib ki, Ramazan ayı ərzində İsrail Qəzzada hərbi fəaliyyətini dayandıracaq və gələn həftə atəşkəs razılaşması əldə oluna bilər.

Reyting.az
xəbər verir ki, ABŞ prezidenti Co Bayden razılaşma üçün “gələn bazar ertəsi”nə işarə edib.

NBC televiziyasında yayımlanan komediya ustası Set Meyerin tok-şousunda iştirak etmək üçün Nyu-Yorkda olan Bayden çəkilişdən sonra aparıcı ilə dondurma salonuna gedib. Jurnalistlərin Qəzzadakı atəşkəs danışıqları ilə bağlı sualına prezident belə cavab verib:

“Ümid edirəm ki, gələn bazar ertəsi Qəzza ilə bağlı razılaşma əldə olunacaq. Milli təhlükəsizlik müşavirim buna çox yaxın olduğumuzu söylədi, amma hələ işimiz bitməyib”.

Bayden, həmçinin İsrailin Qəzzada martın 10-da başlayacaq Ramazan ayı ərzində əməliyyatlarını dayandırmağa razılaşdığını bildirib.

Baydenin sözlərindən sonra İsrail və HƏMAS arasında aparılan danışıqlarda aparıcı rol oynayan Qətərdən açıqlama gəlib. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl Ənsari danışıqlarda heç bir mühüm irəliləyişin əldə olunmadığını bildirib. Bununla belə, o qeyd edib ki, Qətər bu məsələdə nikbindir.

HƏMAS-ın sözçüsü Basem Naim hələ rəsmi olaraq “heç bir yeni təklif” almadığını və bu prosesdə aradan qaldırılmalı olan böyük boşluqların olduğunu deyib.

İsrail rəsmiləri danışıqlar prosesində irəliləyiş olduğunu etiraf ediblər, lakin “Bayden çox optimist şərhlər edib”,- söyləyiblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}