09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır
Tarix: 09-05-2025 19:20 | Bölmə: Cəmiyyət
207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır

Bakdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

Bildirilib ki, aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Vurğulanıb ki, aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, həmin məktəbdə  "Son zəng"lə bağlı 150 manatdan pul yığılması haqda xəbər yayılıb.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq