“Hizbullah”ın regional rəhbəri öldürülüb - Yenilənib
Tarix: 08-04-2024 10:13 | Bölmə: Xəbərlər / Dünya
“Hizbullah”ın regional rəhbəri öldürülüb

İsrail ordusu Livanın cənubunda yerləşən sərhəd kəndlərini bombalayıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın NNA rəsmi agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, İsrail ordusuna aid döyüş təyyarələri Sultaniyyə kəndindəki bir evə zərbə endirib: "Zərnbədən sonra ev tamamilə dağılıb. Dağıntılar altında 3 nəfərin cansız cəsədi tapılıb və çoxlu sayda insan yaralanıb".

Xəbərdə ölənlərin kimliyi ilə bağlı məlumat verilməyib.

***

İsrailin Livanın cənubuna endirdiyi hava zərbəsi nəticəsində “Hizbullah”ın hərbi qanadı olan Rıdvan Gücünün Hacir bölgə rəisi Əli Əhməd Hasini öldürülüb.

Reyting.az
xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

İsrail ordusunun Livanın cənubundakı kəndə hava hücumu nəticəsində biri “Hizbullah” üzvü olmaqla üç nəfərin öldüyü və yaralandığı bildirilir.

Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusuna aid döyüş təyyarələri Livanın Sur şəhərinin Sultaniyyə kəndindəki bir evə hava hücumu həyata keçirib. Hücum zamanı sözügedən evin tamamilə dağıldığı, dağıntılar altından üç nəfərin cəsədinin tapıldığı bildirilib.

İsrail ordusu Livanın cənubunda sərhəd bölgəsində yerləşən Kfarkilla qəsəbəsində bir evi raketlərlə vurduğunu təsdiqləyib. İsrail ordusu qeyd edib ki, “Hizbullah”ın hərbi qanadı Rıdvan Gücünün Hacir bölgə rəisi Əli Əhməd Hasinin Sur şəhərinin Sultaniyyə kəndinə təşkil olunan hava hücumunda öldürülüb. Hasinin “Hizbullah”ın bölgədəki yüksək səviyyəli komandirlərindən biri olduğu və İsrailə qarşı bir çox hücumlarda iştirak etdiyi iddia edilib.

“Hizbullah” həmçinin “Abbas Cəfər” kod adlı “Hizbullah” üzvü Əli Əhməd Hasinin İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}