Mingəçevir su anbarında zəlzələ olub
Tarix: 26-11-2024 09:50 | Bölmə: Xəbərlər
Mingəçevir su anbarında zəlzələ olub

Bu gün Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Reyting.az-a verilən məlumata görə, yerli vaxtla saat 09:43-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1-ə bərabər olub.

Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər