16:32 / 18-09-2025
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
16:21 / 18-09-2025
İlham Əliyev BP şirkətinin rəsmisini təltif edib
16:11 / 18-09-2025
Əkrəm Həsənov: “Bu, qeyri-rəsmi işçilərin sayı artacaq”
15:40 / 18-09-2025
Bakıda iş yerində yıxılan qadın ölüb
15:33 / 18-09-2025
Beyləqanda ər arvadını bıçaqlayıb
15:25 / 18-09-2025
"İmişli" klubu AFFA-ın qərarından narazı qalıb
15:15 / 18-09-2025
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
15:04 / 18-09-2025
"Plastik cərrah"la bağlı sensasiyalı xəbər yayılıb
14:30 / 18-09-2025
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
14:14 / 18-09-2025
Taylandla Kamboca arasında gərginlik yenidən artıb
13:42 / 18-09-2025
Bişkekdə TDT ölkələrinin hökumət başçılarının görüşü başlayıb
13:20 / 18-09-2025
Su problemi milyardlarla insanı risk altında qoyur
13:09 / 18-09-2025
Naxçıvanda kişi geyimində oğurluq edən qadın tutulub
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:49 / 18-09-2025
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Fotolar
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
12:36 / 18-09-2025
Azərbaycan yığması 124-cü sıraya yüksəlib
12:30 / 18-09-2025
"Grok 5" ümumi süni intellekt sistemi olacaq - Foto
12:24 / 18-09-2025
Bakıya əlavə yol-patrul naryadları cəlb ediblər
12:16 / 18-09-2025
Dronlar Rusiyaya zərbələr endirib
12:08 / 18-09-2025
Əli Əsədov Qırğızıstana gedib
12:08 / 18-09-2025
Dünyanın ən böyük polad sifarişi veriləcək - Fotolar
11:56 / 18-09-2025
Milli Məclisdə dinləmə keçiriləcək
11:55 / 18-09-2025
Trampın əlində bitkoin tutan qızıl heykəli ucaldılıb
11:50 / 18-09-2025
Deputatdan narazılıq: "Bizi o Foruma niyə dəvət etmədilər?"
11:44 / 18-09-2025
FED-in yeni faiz qərarı fonunda dollar bahalaşıb
11:35 / 18-09-2025
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
11:20 / 18-09-2025
Makron həyat yoldaşının qadın olduğunu sübut etməyə çalışacaq
11:16 / 18-09-2025
Ermənilərin məhkəməsi gələn həftə keçiriləcək
13:31 / 16-09-2025

20:48 / 13-09-2025

18:40 / 14-09-2025

13:50 / 14-09-2025

15:37 / 14-09-2025

13:02 / 15-09-2025

13:17 / 14-09-2025

15:11 / 15-09-2025

13:39 / 16-09-2025

00:04 / 16-09-2025

16:41 / 13-09-2025

COP29 - Dünyanı sevindirən 13 gün: nəticələr və perspektivlər
Tarix: 25-11-2024 08:28 | Bölmə: Slayd

COP29-un keçirildiyi 13 gün ərzində dünyanın gözü Bakıda idi. Bəşəriyyəti ciddi şəkildə narahat edən problemlərin həlli yollarının tapılması əsas məqsəd kimi qarşıya qoyulmuşdu. 100 milyonlarla insan həyəcanla qəbul ediləcək qərarları gözləyirdi. Bakı dünyanın ümid mərkəzinə çevrilmişdi və əvvəlcədən deyək ki, bu gözləntilər özünü doğrultdu.
Bakıda keçirilən COP29-u boykot etmək istəyənlərin riyakar niyyətləri və bədxah arzuları puç oldu. Xüsusilə, Fransanın müxtəlif strukturlar vasitəsilə COP29-u boykot etmək çağırışları tərs şapalaq kimi bunu həyata keçirmək istəyənlərin üzlərinə çırpıldı. Yüz illərdir dünya xalqlarının sərvətlərini talayan və dünyaya “demokratiya” sırıyanların bəd niyyətləri baş tutmadı. COP29 yüksək səviyyədə və analoji keçirilən COP-lara etalon kimi reallaşdı. Hər xırda detal belə təşkilatçılar tərəfindən nəzərə alınmışdı. Müxtəlif ölkələrdən gələn iştirakçıların COP29 haqqında müsbət fikirləri və heyranlıqları bütün dünyanı dolaşmaqdadır.
Tədbirin təşkilatçısı olan BMT rəhbərliyinin fikirləri də deyilənləri təsdiqləyir. Baş katib Antonio Quterreşə görə, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Ölkələr vəzifənin öhdəsindən gəlib.
Xatırladaq ki, COP29-da 196 ölkənin nümayəndəsi iştirak edib. 80 dövlətin prezident, vitse-prezident və baş nazirlərinin iştirakı qeydə alınıb. Bunlarla bağlı Azərbaycan prezidenti İlham Əliyev deyib:
“Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq”.
Daha sonra, dövlət başçısına görə “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb.
13 gün ərzində keçirilən COP29 sessiyasının 13 yekununu və nəticələrini daha çox fərqləndirmişik:
1. COP29-un keçirilməsi ilə bağlı yaradılan şərait, təşkilati tədbirlər bütün iştirakçıların məmnunluğuna səbəb oldu. Təhlükəsizlik tədbirləri, nəqliyyat sistemi və qonaqların yerləşdirilməsi məsələləri ən yüksək səviyyədə həll edildi.
2. 2015-ci ildə Paris sazişində iqlim dəyişkilikləri ilə bağlı danışıqların əsas iştirakçı dövlətlərinə 2025-ci ilədək yeni sazişi hazırlamaq vəzifəsi hədəf kimi irəli sürülmüşdü və Bakıda keçirilən COP29-da bu gözləntilər reallaşdırıldı.
3. Paris sazişinin 6-cı maddəsi real işlək rejimə gətirildi. Bu isə ətraf mühitin qorunmasının kompleks baxılması, şəffaflığın, həmçinin karbon bazarlarının dayanıqlılığının təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.
4. COP29-da Bakı Maliyyə Məqsədi barəsində razılığa nail olunub. Məhz bu sənəd əsasında inkişaf etməkdə olan ölkələr üçün 1,3 trilyon dollar həcmində iqlim maliyyəsinin yönəldilməsini özündə ehtiva edən yeni öhdəliklər formalaşdırıldı. 2035-ci ilədək hər il 300 milyard dollar vəsaitin cəlb edilməsi əsas hədəflər kimi qəbul olundu.
5. Bu mötəbər tədbirdə Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində 80 dövlət və hökumət başçısı və vitse-prezidentlər Paris Sazişinin irəlilədilməsini və iqlim tədbirlərinə öhdəlik götürmələrini açıqlayaraq, mitiqasiya və adaptasiya üzrə ambisiyanı artırmaq zərurətini qeyd etdilər.
6. COP29-da İtki və Zərər Fondunun təşkilati problemləri əsasən həll olundu. Bu fondun başlıca missiyası iqlim dəyişmələrinin təsirlərinə daha çox məruz qalan ölkələrə maliyyə yardımını təmin etməkdir. Artıq Fondun 2025-ci ildən fəaliyyətə başlaması üçün ciddi maneə yoxdur. Bu Fondun ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollar səviyyəsindədir.
7. Bakıda keçirilən tarixi tədbir qlobal iqlim dəyişkliyi problemlərindən daha çox zərər çəkən kiçik ada dövlətlərinin qarşılaşdığı çətinliklərin həlli baxımından böyük önəm kəsb edir. İtki və Zərər Fondunun gələn ildən fəaliyyətə başlaması bu problemlərin həllinə əməli töhfələr verəcəkdir.
8. Paris sazişinin 13-cü maddəsi üzrə İkillik Şəffalıq Hesabatlarının hazırlanması, həmçinin inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul edilib.
9. Qlobal İqlim Şəffaflığı Platforması yaradılıb və Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul edilib. Yəni, COP29-un başlıca prioritet məsələlərindən biri kimi – İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi razılaşdırılıb.
10. COP29-da Bakı Adaptasiya Yol Xəritəsi yaradılıb. Bu platformanın əsas missiyası dialoqların təşkili və inkişaf etməkdə olan ölkələrin maraqları kontekstində adaptasiya məsələsinin hər il keçiriləcək COP-larda müzakirə olunmasının təmin edilməsidir.
11. Bakıda keçirilən COP29 həm də İqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi adlandırılıb. Eyni zamanda, 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul olunub, halbuki bu istiqamətdə uzun illərdir yalnız danışıqlar gedirdi.
12. Hələ əvvəlcədən COP29-u İqlim Maliyyəsi tədbiri kimi xarakterizə edirdilər. Deyə bilərik ki, bu gözləntilər özünü doğrultdu. Bakıda keçirilən tədbirdə İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü əsasında Kiçik və orta sahibkarlığın yaşıl keçidi üzrə yeni Bakı İqlim Koalisiyası elan olundu.
13. Yaşıl enerji layihələri prioritetlik səviyyəsinə qaldırıldı. Təmiz enerji təşəbbüslərindən ötrü 193 milyon dollarlıq maliyyə paketi dəstəkləndi. Enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim edildi və bunlar 150 Tərəf tərəfindən təsdiq olundu. Azərbaycandan dünyaya yaşıl enerji təşəbbüsləri barədə ciddi mesajlar verildi. Tədbir çərçivəsində bir sıra yaşıl enerji layihələri üzrə razılıqlar əldə olundu, niyyət memorandumları imzalandı. Enerji üzrə öhdəliklər və bəyanatlar: COP29 Sədrliyi enerji saxlama, şəbəkələr, zonalar, dəhlizlər və hidrogen mövzularında öhdəliklər və bəyanatlar təqdim etdi, bunlar 150 Tərəf tərəfindən təsdiq olundu. Avropa Birliyi və 25 ölkə enerji sistemlərində yeni açıq kömürün istifadəsini tamamilə dayandırmaqla bağlı milli iqlim planlarını təqdimetmə niyyətlərini bildiriblər və s.
Bunlarla bərabər, COP29-da Yaşıl Rəqəmsal Fəaliyyət Bəyanatı qəbul olunub, İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü əsasında Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradılıb. Digər tərəfdən, Üzvi Tullantılardan Metanın Azaldılmasına dair Bəyannamə qəbul olunub və əsas məqsəd üzvi tullantı metan emissiyalarının azaldılmasıdır. Həmçinin Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları Bəyannaməsinin qəbul edilməsini, Şəhər, Çoxsahəli və Çoxsəviyyəli İqlim Fəaliyyəti üzrə Bakı Davamlılıq Koalisiyasının yaradılmasını, Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsini və İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsini qeyd etmək mümkündür.
Bunlarla yanaşı, Çoxtərəfli İnkişaf Bankları 2030-cu ilə qədər olan dövr üçün iqlim tədbirlərinə ildə 170 milyard ABŞ dolları yönəltməyi hədəfləyiblər. Təqdirəlayiq haldır ki, bunun 120 milyard dolları aşağı və orta gəlirli ölkələrə veriləcəkdir. Biznes İnvestisiyaları və Xeyriyyəçilik İqlimi Platformasında müxtəlif investor qruplarının iqlim bazarlarına özəl kapital yerləşdirilməsi hədəfi qarşıya qoyulub.
Əminliklə demək olar ki, Bakıda keçirilən COP29-da nəzərdə tutulan və hədəflənən təşəbbüslər və məsələlər yüksək səviyyədə əsasən öz həllini tapıb. Bakı - sivilizasiyanın iqlim dəyişkiliyi problemlərindən qorunmasına ciddi töhfələr verib. Hesab edirik ki, COP29-da əldə olunan nəticələr və nailiyyətlər yaxın və uzaq perspektivdə qlobal iqlim problemlərinin aradan qaldırılmasında tarixi strateji rol oynaycaqdır.
Şəfa ƏLİYEV,
İqtisad elmləri direktoru,
Sumqayıt Dövlət Universitetinin professoru
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:20
Su problemi milyardlarla insanı risk altında qoyur
Bu gün, 11:35
Daha bir asteroid sürətlə Yerə doğru irəliləyir
Dünən, 22:16
Müəllimlərin sertifikatlaşdırılması prosesi başlayır
Dünən, 17:54
Prezident Dövlət Proqramını təsdiqləyib
Dünən, 13:54
Məhkəmə hüquq müdafiəçisi barəsində qərar verib
16-09-2025, 16:07
Deputat: Şərtimizi yerinə yetirsinlər, sülh sazişinə hazırlaşaq
16-09-2025, 11:57
Yeni qadağa Rusiya-NATO müharibəsinə səbəb ola bilər
16-09-2025, 11:42
İlin ikinci Günəş tutulması baş verəcək
16-09-2025, 09:07
Okeanlarda 14 min ton qızıl var
15-09-2025, 15:11
Kəlbəcərə köç karvanı gedib - (Yenilənib)
15-09-2025, 13:02
Qarabağda ermənilərin gizli silah anbarları var
15-09-2025, 09:39
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - Fotolar
14-09-2025, 18:40
İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələri və Sos kəndinin sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
14-09-2025, 17:39
İlham Əliyev Xankəndidə açılışlarda iştirak edib - Fotolar
14-09-2025, 15:37
İlham Əliyev Xocavəndin Qırmızı Bazar qəsəbəsində olub - Fotolar
14-09-2025, 14:57
Azərbaycan prezidenti Xocavəndin Sos kəndinə səfər edib - Fotolar
14-09-2025, 13:50
İlham Əliyev Hadrut qəsəbəsində olub - (Yenilənib) - Fotolar
14-09-2025, 13:17
Prezident Füzulidə - Qaraxanbəyli kəndinin təməli qoyulub - Fotolar
14-09-2025, 11:49
Qar və leysan yağır, çaylardan sel keçir
13-09-2025, 18:41
Xocalının Daşbulaq kəndinə ilk köç olub - (Yenilənib)
12-09-2025, 10:50
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
12-09-2025, 09:10
Güclü maqnit qasırğaları gözlənilir
12-09-2025, 00:10
Zelenski liderləri üçtərəfli sammitə çağırır
11-09-2025, 14:21
Hərbi ekspert: Polşa, Avropa və NATO müharibəyə hazır deyil
11-09-2025, 13:31
Professor: Hər iki ölkədə sülhə qarşı çıxanlar var
11-09-2025, 11:55
Su qıtlığının qarşısını almaq mümkün deyil
11-09-2025, 10:51
Beş dövlət BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir
11-09-2025, 10:33
Sabah daha 4 itkin-şəhidimiz dəfn olunacaq - Siyahı
11-09-2025, 10:28
Putin Avropanı vurmağa davam edəcək
11-09-2025, 10:02
Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
11-09-2025, 09:46
Marsda həyat izləri aşkar ediblər
11-09-2025, 06:10
Qarabağa növbəti köç karvanları gedib - (Yenilənib)
10-09-2025, 14:28
Zülfüqarov: Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq
10-09-2025, 12:48
Zənginlərin ümumi sərvəti 6,6 trilyon dolları keçir - Siyahı
10-09-2025, 10:54
Tramp Avropanı Rusiyaya sanksiyalar tətbiq etməyə çağırır
10-09-2025, 10:19
Putin müharibəni genişləndirir, növbəti hədəf Polşadır
10-09-2025, 09:31
Güclü küləklə bağlı təhlükə xəbərdarlığı edilib
10-09-2025, 09:22
Hikmət Hacıyev ABŞ-da senatorlarla görüşüb - Fotolar
9-09-2025, 11:33
Sualtı silahlanma yarışı sürətlənir
9-09-2025, 09:10
Etibar Məmmədov aktiv siyasətə qayıda bilər