Avropa Liqası: “Qarabağ” uduzub
Tarix: 23-01-2025 23:52 | Bölmə: Xəbərlər
Avropa Liqası: “Qarabağ” uduzub

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Rumıniyanın FCSB komandasına məğlub olub.

Məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda meydan sahibləri 2:3 hesabı ilə uduzublar.

Oyunda hesab 2-ci dəqiqədə açılıb. Ağdam təmsilçisinin heyətində Leandro Andrade fərqlənib. 5 dəqiqə sonra qonaqlar status-kvonu bərpa ediblər. Adrian Şut adını tabloya yazdırıb. 41-ci dəqiqədə “köhlən atlar” yenidən hesabda irəli çıxıb. Rəqib komandanın heyətində Dava Coyskim avtoqol müəllifi olub. 45+4-cü dəqiqədə Rumıniya kollektivinin heyətində David Mikelesku yenidən hesaba tarazlıq gətirib. FCSB kollektivinin heyətində 73-cü dəqiqədə dubl müəllifi olan Adiran Şut yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, 3 xalı olan Azərbaycan çempionu Avropa Liqasının Liqa mərhələsinin başa çatmasına bir tur qalmış pley-offa yüksəlmək şansını itirib.




Bölməyə aid digər xəbərlər
22-01-2025, 11:23 Dəfn pulu artırılır
21-01-2025, 15:18 Hərbçimiz vəfat edib