15:18 / 21-01-2025
Hərbçimiz vəfat edib
Masallıda evə maska ilə silahlı basqın edənlər tutulub
Tarix: 21-01-2025 11:45 | Bölmə: Xəbərlər
Masallıda evə maska ilə silahlı basqın edənlər tutulub

Masallıda 11 il əvvəl törədilmiş quldurluq cinayətinin üstü açılıb.

DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Reyting.az-a bldirilib ki, 2014-cü ilin avqust ayının 14-də gecə saatlarında Masallı rayonunun Qəriblər kəndində yerləşən evlərdən birinə daxil olan 3 nəfər maskalı şəxs ev sahibini və ailə üzvlərini tapançaya oxşar əşya ilə hədələyib 150 manat pulunu alaraq hadisə yerini tərk ediblər.

Bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən Xaqani Zahidov, əvvəllər məhkum olunmuş Zaman Hüseynzadə və Aslan Məcidovun şəxsiyyəti müəyyən olunaraq saxlanılıblar. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:18 Hərbçimiz vəfat edib
17-01-2025, 11:27 Pezeşkian Moskvaya gedib
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib