Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib
Tarix: 21-01-2025 19:36 | Bölmə: Xəbərlər
Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bolu vilayətində baş verən dəhşətli yanğınla bağlı Türkiyəyə başsağlığı verib.

Reyting.az
xəbər verir ki, bu barədə onun rəsmi sosial media hesablarından paylaşım olunub:

"Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!".




Bölməyə aid digər xəbərlər