Mərkəzi Bank "Azərpoçt"a icrası məcburi göstəriş verib
Tarix: 23-01-2025 17:09 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bank "Azərpoçt"a icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC-yə icrası məcburi göstəriş verib.

Reyting.az
xəbər verir ki, dövlət şirkəti 2024-cü ilin sonuna prudensial hesabatlarında “Poçt rabitəsinin milli operatoru tərəfindən tərtib edilən prudеnsiаl hеsаbаtların forması, məzmunu və dövriliyi haqqında Qaydalar”ın 2.8-ci bəndinin tələblərini pozub, gecikmə ilə təqdim edib. Odur ki, “Poçt haqqında” qanunun 13-4.4.6-cı maddəsinin tələbləri rəhbər tutalaraq, “Azərpoçt”a bu hesabatların qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 11:23 Dəfn pulu artırılır