Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib
Tarix: 23-01-2025 19:45 | Bölmə: Slayd
Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

“Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda dəyişiklik edilib.

Reyting.az
xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.

Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah, hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında məlumatlar da dövlət sirrinə aid edilir.




Bölməyə aid digər xəbərlər