Şimali Koreya qoşunları cəbhə xəttini tərk edib
Tarix: 31-01-2025 12:13 | Bölmə: Xəbərlər
Şimali Koreya qoşunları cəbhə xəttini tərk edib

Şimali Koreya Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmək üçün ən yaxşı qoşunlarını göndərib. Lakin bir neçə aylıq ağır itkilərdən sonra cəbhə xəttindən geri çəkiliblər.

Reyting.az
xəbər verir ki, bu barədə “New York Times” nəşri Ukrayna və Amerika rəsmilərinə istinadla bildirib.

Məlumata görə, Şimali Koreya əsgərləri təxminən iki həftədir cəbhədə görünmürlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleksandr Sirski deyib ki, cəmi 3 ay ərzində Şimali Koreya qoşunlarının sayı iki dəfə azalıb. Şimali koreyalılara qarşı döyüşən ukraynalı hərbçilər onları şiddətli döyüşçülər kimi təsvir edirlər. Lakin onların sıralarında nizamsızlıq və rus bölmələri ilə koordinasiyanın olmaması tez bir zamanda itkilərin artmasına səbəb olub.

“Döyüş meydanına gəldiyi andan Şimali Koreya əsgərləri özbaşına buraxılıb, az zirehlə irəliləyir və nadir hallarda yenidən qruplaşmaq və ya geri çəkilmək üçün dayanırdılar”, - nəşr qeyd edib.

Eyni zamanda, Amerika rəsmiləri Şimali Koreya qoşunlarının cəbhə xəttindən çıxarılması qərarının daimi olmaya biləcəyini söyləyiblər: “Onlar dedilər ki, Şimali koreyalılar əlavə təlimdən sonra və ya ruslar bu cür ağır itkilərdən qaçmaq üçün onları yerləşdirməyin yeni yollarını tapdıqdan sonra geri qayıda bilərlər”.

Nəşrin qeyd etdiyi kimi, Kim Çen Inın Kurskda Rusiyaya kömək etməkdə çox güman ki, öz motivləri var. O, ümid edir ki, Putin gələcəkdə Şimali Koreyanın raket proqramlarına kömək etməklə və Birləşmiş Millətlər Təşkilatında diplomatik dəstək verməklə onun əvəzini ödəyəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər