Paşinyan: Azərbaycanla ilk dövlətlərarası sənədimiz var
Tarix: 31-01-2025 14:26 | Bölmə: Slayd
Paşinyan: Azərbaycanla ilk dövlətlərarası sənədimiz var

“Delimitasiya komissiyalarının iclası ilə bağlı razılıq əldə edildikdə, bu barədə məlumat veriləcək. Hələlik görüşün vaxtı ilə bağlı konkret razılaşma yoxdur”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Paşinyan deyib ki, hər şey komissiyanın nizamnaməsində göstərildiyi kimi olacaq:

“Sənəd dərc olunub. Biz hazırıq və səmimiyyətlə deməliyəm ki, delimitasiya prosesi, əslində, 2024-cü ildə çox konkretləşdi. Azərbaycanla ilk dövlətlərarası sənədimiz var. Ölkələrin hər biri prinsipial əhəmiyyət kəsb edən bu sənədi təsdiqləyib. Artıq razılıq var ki, qarşıdakı dövrdə komissiyalar və tərəflər Ermənistan-Azərbaycan sərhədinin Gürcüstan sərhədindən İran sərhəddinə qədər demarkasiyası işinə diqqət yetirsinlər”.

Baş nazir əlavə edib ki, Sülh müqaviləsi” ilə bağlı yeni heç nə yoxdur: “Layihənin 17 bəndindən 15-i razılaşdırılıb. Razılaşdırılmamış iki məqam var və Ermənistan onların hər ikisi üçün həll yolları təklif edib. Onlardan biri sərhəddə üçüncü ölkə qüvvələri nümayəndələrinin yerləşdirilməməsi ilə bağlıdır. Biz bunun sərhədə, delimitasiya olunmuş ərazilərə tətbiqini təklif edirik”.

Paşinyan qeyd edib ki, hüquqi məsələlərlə bağlı mübahisələrin beynəlxalq məhkəmələrdən geri götürülməsi məsələsi də var: “Bu, müəyyən şərait və şərtlər daxilində bizim üçün məqbul sayıla bilər, o mənada ki, biz nəinki beynəlxalq məhkəmələrdən nəyisə geri götürürük, həm də bu mübahisələrdən tamamilə imtina edirik. Əks halda elə bir vəziyyət yarana bilər ki, biz hansısa məsələni geri götürsək, Azərbaycan da öz iddialarını geri götürür, yəni biz razılaşdıq ki, bunu beynəlxalq qurumların baxılmasına təqdim etməyəcəyik”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
29-01-2025, 11:49 Varis xəstəliyi