Rusiyanın neft emalı zavodu vurulub - Foto
Tarix: 31-01-2025 13:43 | Bölmə: Dünya
Rusiyanın neft emalı zavodu vurulub

Bu gün səhər saatlarında Ukraynanın pilotsuz təyyarələri Volqoqradda neft emalı zavodu, istilik elektrik stansiyası və neft anbarının ərazisinə hücum edib.

Reyting.az
xəbər verir ki, hədəf Rusiyanın “LukOİL” neft şirkətinin Volqoqraddakı neft emalı zavodu olub.

Ukraynanın “Supernova” Telegram kanalı hətta baş verən partlayışı əks etdirən video da yayımlayıb. Videonu çox güman ki, ünvanını bildirən yerli sakin lentə alıb və onun nəhəng neft emalı zavodundan bir yarım kilometr aralıda yaşaması diqqət çəkir.



Neft emalı zavodu bir neçə kvadrat kilometr ərazini əhatə edir və iri neft anbarı, Volqoqrad İstilik Elektrik Stansiyası və bir sıra digər müəssisələrdən ibarət sənaye zonası ilə əhatə olunub.

Xatırladaq ki, indiyə qədər Ukrayna dronları “LukOİL”-in “Volqoqradneftepererabotka”ya bir neçə dəfə hücum edib.

Əlavə edək ki, “LukOİL” şirkəti uzun illər azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərova məxsus olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər