Zaxarova: ATƏT-in Minsk qrupu ləğv edilməlidir
Tarix: 31-01-2025 14:38 | Bölmə: Siyasət
Zaxarova: ATƏT-in Minsk qrupu  ləğv edilməlidir

“ATƏT-in Minsk qrupu və ona aid qurumlar ləğv edilməlidir”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Zaxarovanın fikrincə, Minsk qrupunun buraxılması faktı Azərbaycan prezidenti və Ermənistanın baş naziri, Fransa prezidenti və Avropa İttifaqı Şurasının nümayəndəsinin oktyabrda qəbul edilmiş birgə bəyanatı ilə də dəstəklənir.

Qeyd edək ki, xanım Zaxarova 2022-ci ilin oktyabrın 6-da Praqada qəbul edilən sənədi nəzərdə tutur.

“Minsk qrupu öz fəaliyyət obyektini itirib. Aydındır ki, belə bir təcili tədbir Azərbaycan və Ermənistan arasında çoxdan gözlənilən münasibətlərin normallaşmasına kömək etmək məqsədi daşıyır. Buna əlavə edəcəyim başqa heç nə yoxdur”, - Rusiya XİN-nin rəsmisi qeyd edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər