Amerikalıların Trampa inamı azalır
Tarix: 29-01-2025 10:50 | Bölmə: Xəbərlər
Amerikalıların Trampa inamı azalır

Virciniya Universitetinin Siyasət Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, Birləşmiş Ştatların 47-ci prezidenti Donald Trampa bəslənilən ümidlər azalmaqdadır.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Mərkəzin aparıcı analitiki Kayl Kondik deyib ki, Donald Tramp bir az “bal ayı” dövründədir.

Bildirilir ki, amerikalıların təxminən 45 faizi Trampın prezident kimi fəaliyyətini bəyənsə də, 46 faizi onu dəstəkləmir və inamlarını itirib. Narazılığın əsas səbəbləri kimi Trampın anadangəlmə vətəndaşlığı ləğv etməsi və Meksika körfəzinin adının dəyişdirilməsi göstərilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər