Oğurluqda şübhəli bilinən beş nəfər ələ keçib - Foto
Tarix: 14-03-2025 09:19 | Bölmə: Xəbərlər
Oğurluqda şübhəli bilinən beş nəfər ələ keçib

Martın 8-də Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində bir qrup naməlum şəxsin evlərdən birindən 7 min manat dəyərində qızıl-zinət əşyalarını və 3522 manat nağd pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Reyting.az
DİN-nin mətbaut xidmətinə istinadla bildirir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 33 yaşlı İsmət Hüseynov, 23 yaşlı Ülvi Hüseynov, 24 yaşlı Rafiq Rzayev, 36 yaşlı Bəhruz Yusifov və 28 yaşlı Toğrul Salahlı maddi sübutlarla birlikdə saxlanılıblar.

Fakta görə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır.





Bölməyə aid digər xəbərlər