Jurnalistin həbs müddəti uzadılıb
Tarix: 15-03-2025 13:44 | Bölmə: Xəbərlər
Jurnalistin həbs müddəti uzadılıb
Nurlan Qəhrəmanlı

“Meydan" TV işi üzrə həbs olunan jurnalist Nurlan Qəhrəmanlı (Libre) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olmuş təqdimata baxılıb.

Reyting.az
xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin olunub. Onun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Aynur Qənbərova (Elgünəş), Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aytac Əhmədova (Tapdıq), Aysel Umudova və Ülvi Tahirov saxlanılıb.

Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu ilin fevral ayında isə iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalist Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.(APA)




Bölməyə aid digər xəbərlər