Fuad Ələsgərov: "Yazılanlar boş-boş söhbətlərdir"
Tarix: 15-03-2025 16:44 | Bölmə: Xəbərlər
Fuad Ələsgərov: "Yazılanlar boş-boş söhbətlərdir"

Son günlər bir sıra media resurslarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.

Reyting.a
z xəbər verir ki, manset.az saytının əməkdaşı yayılan bu xəbərlə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərovla əlaqə saxlayıb.

O, yayılan xəbərləri təkzib edib: “Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir”.




Bölməyə aid digər xəbərlər