Rusiyanın enerji obyektlərinə hücum ediblər - Foto
Tarix: 17-03-2025 09:53 | Bölmə: Xəbərlər
Rusiyanın enerji obyektlərinə hücum ediblər

Martın 17-nə keçən gecə Ukraynaya məxsus dronlar Rusiyanın Həştərxan vilayətində yanacaq-energetika kompleksi obyektlərinə hücum edib. Nəticədə obyektlərdən birində yanğın baş verib.

Reyting.az
-ın məlumatına görə, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bildirib ki, gecə saatlarında bölgədəki yanacaq-energetika kompleksi obyektlərinə iri pilotsuz təyyarə hücumu həyata keçirilib.

Elektron müharibə və hava hücumundan müdafiə sistemləri normal rejimdə işləsələr də, PUA qalıqlarının düşməsi səbəbindən obyektin ərazisində yanğın baş verib.

"Vəziyyət nəzarət altındadır, təcili yardım xidmətlərinin mütəxəssisləri dərhal nəticələrin yerindəcə aradan qaldırılmasına başlayıb. Hücum zamanı bir nəfər xəsarət alıb. Zərərçəkmiş hazırda xəstəxanaya çatdırılıb", - Babuşkin yazıb.



E. KAMAL




Bölməyə aid digər xəbərlər