Tramp Haaqada Zelenski ilə görüşəcək
Tarix: 25-06-2025 15:35 | Bölmə: Siyasət
Tramp Haaqada Zelenski ilə  görüşəcək

ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşəcəyini təsdiqləyib.

Reyting.az
xəbər verir ki, görüş hər iki prezidentin bir gün əvvəl gəldiyi Haaqada NATO sammiti çərçivəsində baş tutacaq.

“O, gözəl oğlandır, mən onunla bu gün görüşəcəyəm”,- deyən Tramp əlavə edib ki, Zelenski ilə problemləri müzakirə edəcək.

Zelenskinin Trampla görüşü NATO liderlərinin plenar iclasından sonra gözlənilir.

Zelenski Trampla yanaşı, Danimarka, Yeni Zelandiyanın baş nazirləri, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Polşa kansleri və NATO-nun baş katibi ilə də görüşəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər