Ruslar 235 ukraynalını mühakimə edib
Tarix: 15-08-2025 13:33 | Bölmə: Xəbərlər
Ruslar 235 ukraynalını mühakimə edib

Ukrayna Silahlı Qüvvələrinin 230-dan çox üzvü Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləyə görə mühakimə olunub.

Reyting.az
xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Ukraynanın 235 hərbçisi Kursk vilayətində cinayət törətməkdə təqsirli bilinib.

Bundan əlavə, İstintaq Komitəsi qeyd edib ki, son iki həftə ərzində Ukrayna Silahlı Qüvvələrinin tərəfində hərbi əməliyyatlarda iştirak etmiş Braziliya, Argentina, Litva, Gürcüstan və digər ölkələrdən olan 6 nəfərə qarşı 6 cinayət işinin istintaqını yekunlaşdırıb. Onlar qiyabi olaraq muzdluluqda ittiham olunublar.

ELÇİN




Bölməyə aid digər xəbərlər