12:06 / 03-02-2026
Tehranda bazar yanır
İrandan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlanıb
Tarix: 03-10-2025 15:50 | Bölmə: İqtisadiyyat
İrandan Azərbaycana gətirilən məhsulda bakteriya aşkarlanıb

İrandan Azərbaycana idxal edilən sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, fiziki şəxs Cümşüd Vəliyevin idxal etdiyi ümumi çəkisi 2 ton olan "Saibaba Agrilink Private Limited" əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.




Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb