Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
Tarix: 26-01-2026 11:05 | Bölmə: Xəbərlər

Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb

Bakıda hoteldə qətl törədilib.

Məlumata görə, hadisə yanvarın 25-i saat 19 radələrində “Ağ şəhər” bulvarında yerləşən “Boulevard Hotel”də qeydə alınıb.

Belə ki, hoteldə ofisiant işləyən 1996-cı il təvəllüdlü paytaxt sakini Şəmistan Şamil oğlu Əliyev camaşırxanada bıçaqlanaraq öldürülüb.

Hadisənin hotelin digər ofisiantı 1992-ci il təvəllüdlü Abşeron sakini Seymur Zafalı oğlu Manafov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Manafov polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır/qafqazinfo





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub