Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Tarix: 27-01-2026 10:53 | Bölmə: Xəbərlər / İqtisadiyyat

Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb

Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 156,4 milyon ABŞ dolları təşkil edib.

Reyting.az xəbər verir ki, bunun 86,5 faizi və yaxud 73 milyard 641,5 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 13,5 faizi və yaxud 11 milyard 514,9 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin IV rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 684,2 milyon ABŞ dolları və yaxud 4,5 faiz artıb.  ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 479,8 milyon ABŞ dolları və yaxud 5 faiz, AMB-nin valyuta ehtiyatlarında isə 204,4 milyon ABŞ dolları və yaxud 1,8 faiz artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 14 milyard 165,5 milyon ABŞ dolları və yaxud 20 faiz artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 13 milyard 610,1 milyon ABŞ dolları və yaxud 22,7 faiz artım, AMB-nin valyuta ehtiyatları isə 555,4 milyon ABŞ dolları və yaxud 5,1 faiz artım nümayiş etdirib.(Report)





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb
27-01-2026, 12:45 Arpaçay su anbarı donub