İsa Həbibbəyli istefa ərizəsi yazıb? - Açıqlama
Tarix: 26-01-2026 16:43 | Bölmə: Xəbərlər

İsa Həbibbəyli istefa ərizəsi yazıb? - Açıqlama

Sosial mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti İsa Həbibbəylinin istefa ərizəsi yazdığına dair məlumatlar yayılıb.

Reyting.az xəbər verir ki, Modern.az xəbərin həqiqəti əks etdirib-etdirmədiyini öyrənmək üçün AMEA ilə əlaqə saxlayıb.

AMEA-dan saytımıza İsa Həbibbəylinin işinin başında olduğu bildirilib.

“Dezinformasiyadır. Hazırda AMEA Rəyasət Heyəti Aparatında akademik İsa Həbibbəylinin iştirakı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin hesabat yığıncağı keçirilir”, - deyə qurumdan əlavə edilib.

Xatırladaq ki, İsa Həbibbəyli 2022-ci ilin oktyabrında AMEA prezidenti seçilib.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 12:45 Arpaçay su anbarı donub