Canavar öldürən deputat mandatından imtina edib
Tarix: 29-07-2021 18:50 | Bölmə: Xəbərlər
Canavar öldürən deputat mandatından imtina edib

Canavarın vəhşicəsinə öldürüldüyü ovda iştirak edən rusiyalı deputat Denis Xaxalov, mandatını təhvil verməsi ilə bağlı bəyanat yayıb.

Reyting.az
Rusiya mediasına istinadla bildirir ki, bu barədə Kurqan vilayət Dumasının rəsmi saytında məlumat yayılıb.

Onun deputat mandatından imtinası məsələsinə yaxın zamanda növbədənkənar iclasda baxılacaq.

“Bu qərarın səbəbi sensasiyalı canavar ovu ətrafında yaranmış ək-səda olub”, - məlumatda vurğulanır.

Aprel ayında Xaxalovun heyvanların vəhşicəsinə öldürülməsində iştirak etdiyi məlum olub.




Bölməyə aid digər xəbərlər