09:03 / 15-01-2026
Ukrayna qaz idxalını artırıb
08:47 / 15-01-2026
Uitkoff Pəhləvi ilə gizli görüş keçirib
08:37 / 15-01-2026
Ukraynanın bəzi ərazilərində komendant saatı ləğv ediləcək
08:30 / 15-01-2026
Hələbdə mülki obyektlərə hücum olub
08:25 / 15-01-2026
Aİ diplomatiyasının rəhbərini istefa verməyə çağırırlar
08:08 / 15-01-2026
Uitkoff: Sülh planının ikinci mərhələsi başlayıb
08:02 / 15-01-2026
BMT TŞ İranı müzakirə edəcək
07:58 / 15-01-2026
İran XİN Trampın bəyanatını təxribat adlandırıb
00:31 / 15-01-2026
İranlılar Estoniyada aksiya keçirəcəklər
00:22 / 15-01-2026
Çində uçan elektrik qurğusu yaradıblar
00:20 / 15-01-2026
Astronavtların beynində dəyişikliklər aşkar edilib
23:58 / 14-01-2026
Danimarka və ABŞ Qrenlandiya ilə bağlı işçi qrupu yaradacaqlar
22:47 / 14-01-2026
Rektorun professor elmi dərəcəsi ləğv edilib
22:25 / 14-01-2026
Dəm qazı iki tələbənin həyatına son qoyub - Foto
21:28 / 14-01-2026
İrana hücum gözlənilir - (Yenilənib)
21:13 / 14-01-2026
Sevinc Osmanqızı və daha iki nəfərə həbs cəzası verilib
21:05 / 14-01-2026
Nazirin qardaşı nazir müavini təyin olunub
20:45 / 14-01-2026
AFFA ilə FIFA arasında müqavilə imzalanıb
19:01 / 14-01-2026
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
18:01 / 14-01-2026
İrana məxsus gəmi Xəzər dənizində qəzaya uğrayıb
17:49 / 14-01-2026
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədini şərh edib
17:38 / 14-01-2026
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb
17:36 / 14-01-2026
Fyodorov Ukraynanın müdafiə naziri təyin olunub
17:19 / 14-01-2026
Sabiq Aparat rəhbəri vəzifəyə təyin olunub
17:09 / 14-01-2026
İlham Əliyev "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasını təsdiqləyib
17:06 / 14-01-2026
Prezident İlham Əliyev iki sazişi təsdiq edib
16:50 / 14-01-2026
Müvəkkil vəkilə ağır ittihamlar irəli sürüb
16:32 / 14-01-2026
Azərbaycanda cəza çəkən dörd erməni Ermənistana təhvil verilib
16:09 / 14-01-2026
"Ağçiçəyim"in rəhbəri: "Ata canı, o, məndən rüşvət istəməyib"
17:24 / 12-01-2026
Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
14:24 / 14-01-2026
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
21:05 / 14-01-2026
Nazirin qardaşı nazir müavini təyin olunub
17:37 / 13-01-2026
Prezident Ağdərədə görülən işlərlə tanış olub - (Yenilənib) - Foto
13:13 / 12-01-2026
Şəhid Bəhmən Səfərəliyevin xatirəsi anılıb - Video
09:46 / 10-01-2026
Yeni çəkiləcək filmin aktyorları məlum olub
11:36 / 14-01-2026
İrana hansı ssenari tətbiq olunacaq?
13:01 / 13-01-2026
Kadırovun səhhəti pisləşib: Kreml Çeçenistan üçün yeni lider axtarışındadır
13:30 / 13-01-2026
İlham Əliyev Tərtərdə zavod açılışında iştirak edib - (Yenilənib) - Fotolar
12:02 / 13-01-2026
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
19:01 / 14-01-2026
"Mercedes-Benz S-Class" yenilənir - Fotolar
10:29 / 14-01-2026
Z nəsli dünyanın ən varlı nəsli olacaq
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
Tarix: 23-06-2025 13:56 | Bölmə: Slayd

Prezident İlham Əliyev iyunun 23-də Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.

Prezident İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.
Reyting.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi barədə məlumat verib.
Bildirilib ki, bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500 kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.
Layihəyə uyğun olaraq ötən dövr ərzində şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan sürətli qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi işləri həyata keçirilib. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2 min 500 kubmetr olan 2 su anbarı tikilib. Təmizləyici qurğuda zərərsizləşdirmə, əks-yuma prosesinin aparılması üçün xüsusi nasoslar, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb. Həmçinin uzunluğu 86 kilometr paylayıcı su təchizatı şəbəkəsi inşa olunub, 4 min 230 ədəd ev birləşməsi verilərək sayğac quraşdırılıb.
Qeyd edək ki, Yevlax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə yaradılıb. Şəhərin ilkin su mənbələri subartezian quyuları və Kür çayı olub. Hazırda istismarda olan 15 subartezian quyusunun imkanları tələbatı ödəməyib. Quyu zonasından şəhərə çəkilmiş ümumi uzunluğu 27 kilometr olan 2 magistral kəmər dəfələrlə cari və əsaslı təmir edilsə də, dayanıqlı su təchizatına imkan vermirdi. Kür çayından nasoslar vasitəsilə götürülən su ilkin təmizlənərək abonentlərə verilib. Şəhərin 191 kilometr uzunluğunda mövcud paylayıcı su şəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətə düşdüyündən tələbatı ödəməyib.
Son illərdə ölkə üzrə əhalinin təmiz içməli suya təlabatının təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bu müddət ərzində Bakıda Mərkəzi Laboratoriya və 9 regional laboratoriya yaradılıb. Görülmüş işlər nəticəsində ölkədə içməli su təchizatı üzrə itkilər son 20 ildə 62 faizdən 40 faizə qədər azaldılıb. 8,1 min kilometr tullantı və yağış su xətləri inşa edilib. Şəhər, rayon və qəsəbələr üzrə ümumi məhsuldarlığı sutkada 250 min kubmetr olan 28 ədəd tullantı sutəmizləyici qurğu quraşdırılıb. Bakı və Abşeron yarımadası üzrə isə 5 ədəd bu cür qurğu istismara verilib. Bundan başqa, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi də tikilib.
***
Prezidenti İlham Əliyev iyunun 23-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, "AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Yevlax” qovşaq yarımstansiyası 60 il əvvəl tikildiyindən tələbatı ödəmirdi. Respublikanın Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamilə yenidən qurulub. Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən “Varvara” Su Elektrik Stansiyasında istehsal edilən yaşıl enerjinin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malik bu yarımstansiyada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.
Yarımstansiyanın iş rejiminə real zaman çərçivəsində nəzarət edilir. Enerji obyekti ən son rəqəmsal texnologiyalara əsaslanan kommutasiya avadanlıqları ilə təchiz edilməklə, elektron resursların kibertəhlükəsizliyi tam təmin olunub. Enerjisistem üzrə bu tip innovativ texnologiyaların tətbiqi planlı və qəza təmiri xərclərini 35 faiz, ehtiyat hissələrə tələbatı 29 faiz, təmir işləri üzrə materialların gözlənilmə vaxtını və ehtiyatların normadan artıq olmasını 30 faiz, normativdən artıq iş saatlarını isə 25 faiz azaltmaqla səmərəliliyi yüksəldir. Burada müasir sayğac-uçot sistemi də quraşdırılıb.
Yarımstansiyanın ərazisində bütün zəruri avadanlıq, qurğu və simulyatorlarla təmin edilən üçmərtəbəli Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi yaradılıb. Mərkəzdə 12 fərqli istiqamət üzrə mühəndis hazırlığı və ixtisasartırma kursları təşkil olunacaq. Bu da bölgədə ixtisaslı kadr hazırlığını təmin etməklə məşğulluğun artırılmasına töhfə verəcək.
Tədris prosesinin əyani keçirilməsi, bilik və bacarıqların daha yaxşı mənimsənilməsi üçün yarımstansiyanın həyətyanı sahəsində transformatorlar, müasir kommutasiya qurğuları, hava və kabel xətlərinin komponentləri ilə tam təchiz edilmiş tədris simulyatoru yaradılıb. Müasir innovasiyalara əsaslanan test-diaqnostika avadanlıqları ilə təchiz olunan Laboratoriya Mərkəzində isə kimya və ekologiya, elektrik avadanlıqlarının sınağı və nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyaları da fəaliyyət göstərəcək. Laboratoriya Mərkəzi həm də paylayıcı şəbəkə, dəmir yolu infrastrukturu və sahibkarlıq subyektlərinin elektroenergetika avadanlıqlarının test-diaqnostika işlərinin həyata keçirilməsinə dəstək olacaq.
Qeyd edək ki, son beş ildə "AzərEnerji" ASC tərəfindən ümumilikdə 47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiya tikilib və ya tam yenidən qurulub, 2.500 kilometr uzunluğunda yüksək gərginlikli elektrik verilişi xətti çəkilib.
Ölkədə ümumi gücü 3000 meqavatdan artıq elektrik enerjisi istehsal edən 45 stansiya tikilib. Təkcə işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının sayı 38, gücü isə 307 meqavatdır. Ümumilikdə son illərdə görülən işlər nəticəsində hər kilovat-saata görə sərf edilən şərti yanacaq 284 qramdan 252 qrama düşüb, 2,8 milyard kubmetr təbii qaza qənaət edilib, 1 milyon ton karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınıb..
***
Prezident İlham Əliyev iyunun 23-də Yevlaxda “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.
Reyting.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov aqropark barədə dövlətimizin başçısına məlumat verib.
Bildirilib ki, ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır.
Aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.
Səmərəliliyin artırılması üçün aqroparkda ağıllı idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulur. Görülən işlərin davamı olaraq sənaye zonasında logistik mərkəz, emal müəssisələri, eləcə də heyvandarlıq kompleksi və məhsulların topdansatış bazarı da yaradılacaq. Diqqətə çatdırıldı ki, aqroparkın ərazisinin 1.185 hektarını çoxillik əkin, 1.298 hektarını birillik əkin, 141 hektarını sənaye zonası, 183 hektarını isə kommunikasiya xətləri və mühafizə zolaqları təşkil edir.
Qeyd edək ki, regionların tarazlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir. Elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan bu cür müasir infrastruktur aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsul istehsalında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.
Xatırladaq ki, hazırda ölkədə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb. 2015-ci ildən 2025-ci ilin I rübü də daxil olmaqla sənaye zonalarında ümumilikdə 16 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun 5 milyard manatdan çox hissəsi ixrac edilib.

Bölməyə aid digər xəbərlər

Dünən, 21:28
İrana hücum gözlənilir - (Yenilənib)
Dünən, 21:05
Nazirin qardaşı nazir müavini təyin olunub
Dünən, 14:24
Professor: ABŞ İranla bağlı planını həyata keçirəcək
Dünən, 11:36
İrana hansı ssenari tətbiq olunacaq?
Dünən, 10:29
Z nəsli dünyanın ən varlı nəsli olacaq
Dünən, 10:00
Magistraturaya sənəd qəbulu başlayır
Dünən, 06:14
TRIPP layihəsinin icrasına dair bəyanat qəbul edilib
13-01-2026, 18:20
Prezident Ağdərə sakinləri ilə görüşüb - (Yenilənib) - Fotolar
13-01-2026, 16:46
İranda hansısa obyektləri vurmaq məsələsi reallaşa bilər - Ekspert
13-01-2026, 12:02
İran daha bir narazılıq dalğasından qurtula biləcəkmi?
13-01-2026, 10:44
ABŞ Rusiya, Çin və digər kreditorları Venesueladan qovacaq
12-01-2026, 21:30
Hakimiyyət fundamental islahatlara getmək məcburiyyətindədir
12-01-2026, 19:16
Ekspert: Ukraynanın mülki obyektlərinə hücumlar müharibənin taleyinə təsir etməyəcək
12-01-2026, 18:15
Bakı və İrəvan arasında bir neçə əsas məsələ həll olunmayıb
12-01-2026, 17:24
Zülfüqarov: İrandakı etirazların arxasında ölkənin siyasi elitasının bir hissəsi dayanır
12-01-2026, 16:03
Bu gün geomaqnit qasırğası gözlənilir
12-01-2026, 15:13
Prezident müşavirə keçirib - (Yenilənib)
12-01-2026, 09:07
ABŞ İrandakı proseslərə müdaxilə etməyə hazırlaşır
11-01-2026, 18:09
QHT əməkdaşı Ağdərədə minaya düşüb
9-01-2026, 13:15
Tramp: ABŞ Qrenlandiya ilə NATO arasında seçim edə bilər
9-01-2026, 09:56
Üç ilə elmi tədqiqatlar indiki formasını itirəcək
9-01-2026, 08:49
Günəşdə partlayış baş verib
9-01-2026, 00:03
Zelenski gələn həftə Trampla görüşə bilər
8-01-2026, 20:48
Maliyyə nazirinə müavin təyin edilib
8-01-2026, 15:17
İranda nə baş verir?
8-01-2026, 10:51
Qrenlandiyanı ələ keçirmək üçün dörd ssenari var - Siyahı
7-01-2026, 17:34
Cəlaloğlu: Azərbaycan Amerikanın hərbi potensialından istifadə edərək daha da güclənə bilər
7-01-2026, 14:24
Professor: Azərbaycan-ABŞ münasibətləri strateji səviyyədədir
7-01-2026, 11:04
Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir
7-01-2026, 10:06
Rusiya müxalifəti Putinə qarşı mübarizədə AŞPA ilə əməkdaşlıq edəcək
6-01-2026, 19:04
Azərbaycan əsgəri niyə Qəzzada döyüşməlidir?
6-01-2026, 18:27
Azərbaycan sülhməramlı missiyada iştirakdan imtina etmir
6-01-2026, 15:53
Trampın iddiaları NATO-nu təhlükə ilə üzləşdirib
6-01-2026, 15:27
Rusiya ordusu iki şəhərə doğru irəliləyir
6-01-2026, 13:46
ABŞ Rusiyaya qarşı sanksiyaları bir şərtlə dayandıra bilər
6-01-2026, 11:42
Dövlət Xidmətinin 172 əməkdaşı məsuliyyətə cəlb edilib
6-01-2026, 10:44
Kəskin respirator infeksiya yayılır - Xəbərdarlıq
6-01-2026, 10:44
İran müdafiə və təhlükəsizlik büdcəsini 145 faiz artırır
5-01-2026, 18:52
Gecə ani gəliş: Maduro necə qaçırılıb?
5-01-2026, 15:55
Xamnəi Moskvaya qaçmağa hazırlaşır?
5-01-2026, 15:07
Donald Tramp: Kuba süqut edəcək

Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir