Prezident icra başçısını vəzifədən azad edib
Tarix: 21-06-2025 15:58 | Bölmə: Slayd
Prezident icra başçısını vəzifədən azad edib

Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Xatırladaq ki, M. Şəkiliyev 2010-cu ildə bu vəzifəyə təyin edilmişdi.

Onu da qeyd edək ki, ötən gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı Musa Şəkiliyev və bir neçə vəzifəli şəxs saxlanılıb.




Bölməyə aid digər xəbərlər