17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ukraynalı pilotlar Polşada F-16 təlimlərinə başlayıb
Tarix: 23-05-2023 12:47 | Bölmə: Xəbərlər
Ukraynalı pilotlar Polşada F-16 təlimlərinə başlayıb

“Mən xoşbəxtəm ki, nəhayət, ukraynalı pilotlara F-16 təlimləri verilməyə başlayıb”.

Reyting.az
xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Josep Borrell Aİ ölkələrinin müdafiə nazirlərinin iclasından əvvəl deyib.

Borrell bunun vaxt aparacağını, lakin nə qədər tez tamamlansa, bir o qədər yaxşı olduğunu əlavə edib: “Polşa da daxil olmaqla, bir sıra ölkədə ukraynalı pilotların F-16 təliminə başlanıb”.

Qeyd edək ki, ukraynalı pilotlar Polşa Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarələri ilə NATO Hərbi Hava Qüvvələrinin Polşadakı təlimində iştirak edir.

Aİ ölkələrinin Ukraynaya silah və sursatların çatdırılmasını sürətləndirmək üçün birgə satınalma prosesinin hansı mərhələdə olması ilə bağlı suala cavabında Borrell deyib ki, bu proses irəliləyir.

Onu da qeyd edək ki, Aİ ölkələrinin müdafiə nazirlərinin gündəliyində Ukraynanın tələb etdiyi silah-sursat dəstəyinin sürətləndirilməsi olacaq. Ukrayna əsgərlərinin təlimi də əsas məsələlər sırasındadır. Aİ rəsmiləri indiyədək 15 min Ukrayna əsgərinin təliminin başa çatdığını və bunu 20 minə çatdırmağı planlaşdırdıqlarını bildirirlər.

NATO-nun baş katibi Yens Stoltenberq də Aİ müdafiə nazirlərinin toplantısının bir hissəsinə qatılacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}