Nazir: "Ərdoğan ilk səfərini Azərbaycana edəcək"
Tarix: 23-05-2023 17:30 | Bölmə: Xəbərlər
Nazir: "Ərdoğan ilk səfərini Azərbaycana edəcək"

Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçiləcəyi təqdirdə ilk hansı ölkəyə səfər edəcəyi məlum olub.

Bu barədə "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə Prezidenti seçiləcəyi təqdirdə ilk səfər edəcəyi xarici ölkə Azərbaycan olacaq: "Təbii ki, hər zaman ilk ziyarət Azərbaycan və Şimali Kipr Respublikası olur. Həmişə belə olub".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}