14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Azərbaycan hərbçisini ildırım vuraraq öldürüb - Yenilənib
Tarix: 24-05-2023 10:17 | Bölmə: Xəbərlər
Azərbaycan hərbçisini ildırım vuraraq öldürüb

Azərbaycan Ordusunun hərbi qulluqçusu Davud Məmmədlini ildırım vuraraq öldürüb.

Reyting.az
xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı N saylı hərbi hissəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli xidmətdə olarkən ildırım vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Allah rəhmət eləsin!

***

"Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Məmmədli Davud Fuad oğlunun xidmətdə olarkən baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik".

Reyting.az
xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır: 

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}