17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Biləsuvarda 51 yaşlı kişi güllələnib
Tarix: 24-05-2023 10:55 | Bölmə: Xəbərlər
Biləsuvarda 51 yaşlı kişi güllələnib

Biləsuvarda 51 yaşlı kişi güllələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, mayın 24-də saat 10 radələrində Biləsuvar rayonunun Çinarlı kəndi ərazisində 1972-ci il təvəllüdlü Əsgər Musa oğlu Abdullayevin ov tüfəngindən açılan atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Cavid İdris oğlu Həmidov saxlanılıb.

"Hadisə barədə polisi özü məlumatlandırıb. Onlar qohumdur, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. Əsgər Abdullayev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırma aparılır", - məlumatda qeyd edilib.




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}