İstanbulun erməni icması məhkəməyə şikayət edib
Tarix: 24-05-2023 14:27 | Bölmə: Xəbərlər
İstanbulun erməni icması məhkəməyə şikayət edib

Türkiyənin İstanbul şəhərinin erməni icmasının hüquqşünası Saymon Çekem şəhərdəki məscidlərdən birində xütbə zamanı “erməni geyi” ifadəsini işlədən imamla bağlı məhkəməyə şikayət edib.

Reyting.az
xəbər verir ki, erməni icmasının vəkili xalqlar arasında nifrət və düşmənçiliyin salınmasına, ayrı-seçkiliyə, təhqirə və hədələrə görə imamın cəzalandırılmasını istəyir.

Çekem qeyd edib ki, hadisə Türkiyə Cinayət Məcəlləsinin 216/2 bəndinə uyğundur və bunun üçün altı aydan bir ilə qədər cəza nəzərdə tutulur.



Xatırladaq ki, İstanbulun Cəbəci məscidində İmam Murad Gündoğdu cümə namazı zamanı dindarları prezident seçkiləri günü silahlanmağa çağırıb və eyni zamanda “erməni axmağı” ifadəsini işlədib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
27-03-2024, 09:47 Macarlar Orbana etiraz edir

{sape_links}{sape_article}