Bakıda silahlı mübahisə olub, xəsarət alan var
Tarix: 24-05-2023 18:45 | Bölmə: Xəbərlər
Bakıda silahlı mübahisə olub, xəsarət alan var

Mayın 24-də saat 18 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qohumlar arasında şəxsi münasibətlər zəminində silahlı mübahisə olub.

Reyting.az
-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, 1967-ci il təvəllüdlü Əlməhəmməd Orucovu ov tüfəngindən atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Rəşad Cəfərov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Ondan özünə məxsus cinayət aləti olan ov tüfəngi aşkar olunaraq götürülüb.

Ə.Orucov xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}