16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakı sakinini parkda bıçaqlayıblar
Tarix: 02-06-2023 10:28 | Bölmə: Xəbərlər
Bakı sakinini parkda bıçaqlayıblar

Bakı sakinini parkda bıçaqlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a bildirilib ki, mayın 31-də Sabunçu qəsəbə sakini Yusif Novruzovun xəsarət alması barədə polisə məlumat daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin gün saat 21 radələrində qəsəbə ərazisində yerləşən parkda Qəbələ rayon sakini Əli Rəsulovun münaqişə zəminində Y.Novruzova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Ə.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}