17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
İngilis futbolçu: "Türk xalqı möhtəşəmdir!"
Tarix: 02-06-2023 18:13 | Bölmə: Xəbərlər
İngilis futbolçu: "Türk xalqı möhtəşəmdir!"

"Beşiktaş"ın İngiltərənin “Sauthempton” komandasından icarəyə götürdüyü Nathon Redmond İngiltərənin "Daily Mail" qəzetinə müsahibə verib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Redmond Kahramanmaraşda baş verən zəlzələdə türk xalqının bir-birinə necə sarılmasından heyrətə gəldiyini deyib:

"Türk xalqı möhtəşəmdir! İnanın. O ağır gündə onlaırn bir-birlərinə necə sarıldığını gördünüzmü? Həqiqətən türk xalqının mədəniyyəti məni çox heyrətləndirdi. Onların bir araya gəldiyini və bir-birlərinə kömək etmək üçün lazım olan hər şeyi etdikləri adamı çox duyğulandırır.

Zəlzələdən sonra türk futbolçular həqiqətən də məşqdə diqqətlərini cəmləməkdə çətinlik çəkdilər.

Türklər çox qonaqpərvərdir. İstanbulun kafe və restoranlarında insanlar nəzakətlə əlimi sıxıb “Qazandığınız üçün sağ olun” və ya “Bizim üçün oynadığınız üçün sağ olun”,- demək üçün yeməyimizi bitirməyimizi gözləyirlər. Bu ölkədə futbolun insanlar üçün nə demək olduğunu başa düşdüm. Minlərlə insan məşəllərlə təxminən bir saat mahnı oxuyur. Bu dəlilikdir”.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}