Rayonlarda leysan xarakterli yağış yağıb
Tarix: 04-06-2023 12:05 | Bölmə: Xəbərlər
Rayonlarda leysan xarakterli yağış yağıb

İyunun 04-nə olan məlumata əsasən, Azərbaycanın bəzi ərazilərində şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, düşən yağıntının miqdarı Oğuzda 12.0 mm, Tovuz və Şəmkirdə 9.0 mm, Şəkidə 8.0 mm, Qaxda 6.0 mm, Ağstafada 4.0 mm, Qəbələ və Ceyrançöldə 2.0 mm, Zaqatala, Daşkəsən, Balakən, Şahdağ və Yevlaxda 1.0 mm-dək olub.

Havanın temperaturuna gəlinə, iyunun 03-də iqlim normasından 3.6° yuxarı, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°-dək isti, Naxçıvanda 33°-dək isti, dağlıq rayonlarda 24°-dək isti, yüksək dağlıq ərazilərdə 14°-dək isti, aran rayonlarında 33°-dək isti olub.

Yağan yağışlarla əlaqədar Oxçuçay-Bürünlüdə və Vəlvələçay-Afurcada suyun səviyyəsi 5 sm, Qaraçay-Rükdə 4 sm, Kür-Qıraqkəsəməndə və Tərtərçay-Kəlbəcərdə 3 sm, Əyriçay-Ağyazıda 2 sm, Kür çayının aşağı axınında Zərdab məntəqəsində 5 sm, Kür-Surrada 30 sm, Kür-Şirvanda 6 sm, Kür-Salyanda isə 3 sm artım olub. Tovuz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində Əsrikçayda suyun səviyyəsi 3 iyun saat 21:20-dən saat 22:55-dək 63 sm artmış və saat 22:40-dan 23:55-dək çaydan qısamüddətli sel keçib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}