Müdafiə Sənayesi Nazirliyi ilə bağlı yazılanlar təkzib olunur – Təkzib
Tarix: 10-10-2017 13:45 | Bölmə: ---
Müdafiə Sənayesi Nazirliyi ilə bağlı yazılanlar təkzib olunur – Təkzib

“Reytinq” onlayn qəzetində (Reyting.az saytı) “Müdafiə Sənayesi Nazirliyinin keyfiyyətsiz silah-sursatı hərbçilərə problem yaradır” başlıqlı yazı (07.03.2016-cı il tarixdə) Müdafiə Sənayesi Nazirliyi “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədovun narazılığına səbəb olmuşdur.

Ramiz Məmmədov redaksiyamıza yazdığı məktubunda qeyd etmişdir ki, yazılanlar həqiqəti əks etdirmir:

“Saytda yazılan bombaların istehsalı bizim müəssisədə aparılmamışdır. Adıçəkilən “Qartal” ov patronları və digər sursat başqa müəssisələrdə istehsal olunur. Qeyd edilən 60 mm-lik mərmiləri “Üfiq” İB-nin “Araz” zavodunda istehsal olunur və həmin müəssisəyə mərmilərin keyfiyyəti barədə heç bir rəsmi irad və reklamasiya daxil olmamışdır”.

Baş direktor məktubunda bildirmişdir ki, “Üfiq” İstehsalat Birliyi və onun müəssisələri Müdafiə Sənayesi Nazirliyinin tabeliyində xüsusi Dövlət Proqramı əsasında dövlət əhəmiyyətli məhsulların istehsalını həyata keçirir:

“Müdafiə Sənayesi Nazirliyinin “Üfiq” İstehsalat Birliyi və onun tabeliyindəki “Radioquraşdırma” zavodu ən qabaqcıl zavodlardandır. “Radioquraşdırma” zavodunda müdafiə təyinatlı məhsulların istehsalı yüksək texnologiyalar əsasında qurulmuş və istehsal prosesi qüsursuz yerinə yetirilir”.

Redaksiya, “Üfiq” İstehsalat Birliyinin baş direktoru Ramiz Məmmədovun narazılığını, həmin tənqidi məqaləyə görə məhkəmə qərarını nəzərə alaraq ondan üzr istəyir və yazılanları təkzib edir.




Bölməyə aid digər xəbərlər