Rusiya Ukraynaya sülh sənədi göndərəcək
Tarix: 27-05-2025 18:22 | Bölmə: Siyasət
Rusiya Ukraynaya sülh sənədi göndərəcək

Rusiya Ukraynadakı müharibənin bitməsi ilə bağlı hazırladığı memorandumda şərtlərlə yanaşı, mümkün tarixlər də göstərəcək.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya memorandumu hazırlayan kimi Kiyevə təhvil verəcək. Hazırda sənəd layihəsi üzərində iş davam etdirilir.

“Rusiya Federasiyasının hazırladığı Ukrayna üzrə memorandumda nizamlanma prinsipləri, sülh sazişinin mümkün bağlanması üçün vaxt çərçivələri və müvafiq razılaşmalar əldə olunarsa, potensial atəşkəs olacaq”,- deyə M. Zaxarova əlavə edib.

Zaxarova bildirib ki, Rusiya Kiyevin öz təkliflərini Moskva ilə eyni vaxtda göndərəcəyini gözləyir.

Qeyd edək ki, Ukrayna və Rusiya nümayəndə heyətlərinin 2022-ci ildən bəri ilk birbaşa görüşü İstanbulda baş tutub. Rəsmi açıqlamalara görə, onlar atəşkəs, 1000-ə 1000 məhbus mübadiləsi və Zelenski ilə Putin arasında potensial şəxsi görüş imkanlarını müzakirə ediblər.

Türkiyə Ukrayna və Rusiya arasında danışıqların yeni mərhələsinə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər