Daha 7 məşhurun adı xarici agent siyahısına salınıb
Tarix: 24-05-2025 09:56 | Bölmə: Xəbərlər
Daha 7 məşhurun adı xarici agent siyahısına salınıb

Rusiya Ədliyyə Nazirliyi Rusiya vətəndaşı, "Beynəlxalq Memorial" təşkilatının sədri Yan Raçinski ilə yanaşı daha 6 nəfəri vətənə xəyanətdə ittiham edərək, adlarını "xarici agent"-lər siyahısına salıb.

Reyting.az
xəbər verir ki, "xarici agentlər" siyahısı dünən yenilənib.

Siyahıya aşağıda adları çəkilən şəxslər əlavə ediliblər:



Jurnalist Andrey Korolyov;

İqtisadçı Dmitri Nekrasov;

Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən İctimai Elmlər üzrə Elmi İnformasiya İnstitutunun keçmiş direktoru, tarixçi alim Yuri Pivovarov;

"Beynəlxalq Memorial" təşkilatının sədri, hüquq müdafiəçisi Yan Raçinski;



Rusiyalı hüquqşünas İqor Slabıx;

Şair Aleksandr Smirnov-Delfinov;

Jurnalist, NTV telekanalının keçmiş aparıcısı, ukraynalı Aleksey Suxanov.



Ədliyyə Nazirliyinin məlumatına görə, adıçəkilən Rusiya hakimiyyətinin qəbul etdiyi qərarlar və ölkənin siyasəti barədə yalan məlumatlar yaymaqla, xarici təşkilatlarla qarşılıqlı əlaqədə olub, həmçinin "xarici agentlərin" materiallarını yayıblar. Nazirlik bildirir ki, adıçəkilən şəxslərin hər biri Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatı"-na qarşı müntəzəm çıxışlar etməklə, daim əks-təbliğat aparıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
20-05-2025, 08:19 Avropa Trampa heyrətlənib