Çeçenistan prezidenti ölüm ayağındadır?
Tarix: 27-05-2025 15:17 | Bölmə: Xəbərlər
Çeçenistan prezidenti ölüm ayağındadır?

Çeçenistan Muxtar Respublikasının Prezidenti Ramzan Kadırov “Telegram” kanalında səhhəti ilə bağlı yayılan şayiələrə cavab verib.

Reyting.az
-ın məlumatına görə, Kadırov deyib ki, haqqında söz-söhbətlər çoxalıb: “Deyirlər, guya ölürəm, yeriyə bilmirəm.

Birincisi, xəstəlik, ölüm hər kəsin sonu.

İkincisi, bu, ölüm təhlükəsi deyil. Nə qədər yaşayacağımı yalnız Allah bilir. Mən taleyimə 50, 60, 70 il yaşamaq yazılıbsa, o müddət bir gün belə qısalmaz”.

Qeyd edək ki, Kadırov bundan əvvəl də oxşar şayiələri təkzib edib. 2023-cü ildə o, Qroznıda gəzərkən çəkdiyi videonu paylaşıb və internetdə nəyin real, nəyin saxta olduğunu ayırd edə bilməyənlərə açıq havada gəzməyi tövsiyə edib.

Mayın əvvəlində Kadırov prezident Vladimir Putindən tutduğu vəzifədən istefa verməsini xahiş etdiyini və xahişinin təmin ediləcəyinə inandığını açıqlayıb. Lakin o, Kremldəki görüşdən sonra Putindən müsbət cavab almadığını bəyan edib. Kadırov çıxışını “Hələ işləyirik. Ali Baş Komandanın əmri altındayıq”,- deyərək yekunlaşdırıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər