Borrell: Fələstində soyqırımı baş verir
Tarix: 27-05-2025 14:30 | Bölmə: Siyasət
Borrell: Fələstində soyqırımı baş verir

İsrailin baş naziri Benyamin Netanyahunun İsraili tənqid edən Qərb siyasi liderlərini “antisemit” adlandırması ədalətsiz davranışdır.

Reyting.az
xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə keçmiş ali nümayəndəsi Josep Borrell deyib və İsrail liderinin fikirlərini rədd edib.

“Netanyahu bizi antisemitizmdə ittiham etməklə bütün tənqidlərə cavab verir. Baş verənləri tənqid edənləri antisemit adlandırmaq məncə alçaqlıqdır”, - Borrell İspaniyanın “La Sexta” televiziyasına müsahibəsi zamanı bildirib.

Netanyahunun Fələstin xalqını yox etmək məqsədi ilə soyqırım törətdiyini qeyd edən Borrell açıq bir soyqırım niyyətinin olduğuna inanır:

“Soyqırımın tərifi İsrail Müdafiə nazirinin hər gün söylədiyi sözlə uyğun gəlir”.

Borrell həmçinin İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı zorakılıq və zülmü qınayıb:

“İordan çayının qərb sahilində açıq-aşkar işğal və sürgün var. Fələstinlilər orada aparteid dövlətində yaşayırlar”.

Qeyd edək ki, 78 yaşlı Borrell geniş siyasi karyeraya malik olub və Avropa Parlamentinin prezidenti (2004-2007), İspaniyanın Xarici işlər naziri (2018-2019) və Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi (2019-2024) vəzifələrində çalışıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər