Hakan Fidanın təyyarəsi Moskvadan sonra Kiyevə uçacaq
Tarix: 27-05-2025 13:32 | Bölmə: Siyasət
Hakan Fidanın təyyarəsi Moskvadan sonra Kiyevə uçacaq

Türkiyənin Xarici işlər naziri Hakan Fidan Rusiya prezidenti Vladimir Putinlə Ukraynada müharibəyə son qoymaq səylərini və Kiyev və Moskva arasında birbaşa təmaslardan sonra atılacaq addımları müzakirə etmək üçün görüşüb.

Reyting.az
xəbər verir ki, Türkiyə diplomatiyasının rəhbəri Moskvadan sonra Kiyevə səfər edəcək.

“Reuters”-in məlumatıan görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Görüş zamanı Putin və Fidan Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son vaxtlar həyata keçirilən təşəbbüsləri və İstanbulda keçirilən danışıqlardan sonra baş verənləri müzakirə ediblər”, - Türkiyə XİN-dəki mənbə deyib.

Qeyd edək ki, Hakan Fidan iki günlük səfərlə Moskvadadır. Dünən o, prezident Putin və Rusiyanın baş müzakirəçisi Vladimir Medinski ilə görüşüb, çərşənbə axşamı isə Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşəcək.

Mənbənin sözlərinə görə, iqtisadi və enerji məsələləri də müzakirə olunub. Kreml qeyd edib ki, danışıqların əsas mövzusu ikitərəfli münasibətlər olsa da, Ukraynadakı vəziyyət də gündəmdədir.

NATO üzvü olan Türkiyə sülh danışıqlarını qəbul etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Səfər öncəsi türk mənbəsi Fidanın təklifi təkrarlayacağını təsdiqləyib:

Fidan Ankaranın vasitəçi rolunu qeyd edəcək.

H. Fidanın Moskva səfərindən sonra Ukrayna rəsmiləri ilə görüşmək və İstanbulda son danışıqlarda başlayan dialoqu davam etdirmək üçün Kiyevə gedəcəyi gözlənilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər