Baş prokuror: "İntiharların sayı azalıb"
Tarix: 22-07-2024 12:26 | Bölmə: Cəmiyyət
Baş prokuror: "İntiharların sayı azalıb"

İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.

Reyting.az
xəbər verir ki, bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb:

"Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 faiz, intihara cəhd hadisələrin sayı isə 8,9 faiz azalıb", - deyə Baş prokuror qeyd edib.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər