Çoxmənzilli yaşayış binasında yanğın olub - (Video)
Tarix: 22-07-2024 18:54 | Bölmə: Cəmiyyət
Çoxmənzilli yaşayış binasında yanğın olub - (Video)

Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsindəki çoxmənzilli yaşayış binasında yanğın baş verib.

Reyting.az
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə istinadla bildirir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqillərinin yandığı müəyyən edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın yayılmasına, o cümlədən mənzillərə keçməsinə imkan verilmədəm qısa müddətdə söndürülüb.

Bina sakinləri təhlükəsizlik tədbirləri çərçivəsində FHN-nin qüvvələri tərəfindən təxliyə olunub.





Bölməyə aid digər xəbərlər