Rektorun adı milyonluq maliyyə qalmaqalında – Tender oyunu ilə büdcə vəsaitini mənimsəyirlər
Tarix: 14-05-2016 10:19 | Bölmə: Cəmiyyət


Gəncə Dövlət Universitetində (GDU) son 5 ildə 3 dəfə rektor dəyişikliyi olsa da, bu təhsil ocağında vəziyyət acınacaqlı olaraq qalır.

Reyting.az xəbər verir ki, belə bir iddianı qaynarinfo.az saytı irəli sürüb.

Sayt bildirir ki, rüşvət və korrupsiya qalmaqallarında adı hallanan GDU-dan son vaxtlar davamlı şikayətlərin daxil olması, habelə KİV-lərdə dərc olunan neqativ məlumatların artması bu təhsil ocağında vəziyyətin daha da ağırlaşdığını göstərir.

Bir neçə gündür, GDU-nun bütün ixtisaslarında buraxılış kurslarının yaz imtahan sessiyası başladığını yazan saytın məlumatına görə, rektor Yusif Yusibov "imtahan mövsümü" üçün xüsusi qiymət cədvəli hazırlayıb: "Həmin cədvələ əsasən imtahanlardan "3” almaq istəyən tələbələr 50-60, "4” qiyməti almaq istəyənlər 70-80, imtahanı "əla” qiymətlə bitirmək istəyənlər isə 100-120 manatından keçməlidir”.

Məlumatda bildirilir ki, dərslərini oxuyan və imtahanlardan öz biliyi ilə keçməyə çalışan tələbələr rektorun tapşırığı ilə müəllimlər tərəfindən sıxışdırılır, imtahandan kəsilir və rüşvət verməyə məcbur edilir:

"Rektor dərsə gəlməyən tələbələr üçün də "qiymət cədvəli" hazırlayıb. Belə ki, dərsdən yayınan tələbələrdən hər "qayıb" üçün 10 manat tələb olunur.

Y.Yusibovun qanunsuz əməlləri barədə tələbələr və valideynləri bu günə qədər dəfələrlə dövlət orqanlarına şikayət edib. Amma heç bir nətiəcəsi olmayıb. Çünki rektorun qardaşı Cavanşir Yusifov Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi kimi böyük bir vəzifəni tutur və onu bütün təhlükələrdən qoruya bilir”.

Y.Yusibovun Gəncə Dövlət Universitetində rüşvət ocağı yaratdığını, hətta müəllim və tələbələrin xüsusi cihazlarla dinlənildiyini iddia edən məlumatlı şəxs sayta bildirib ki, onun gəlişindən sonra reallaşan 13 tenderin ümumi qiyməti 1 milyon manatdan artıq olub və həmin vəsaitin böyük hissəsi təyinatdankənar istiqamətlərə yönləndirilib:

"Həmin 13 tenderə ümumilikdə 1.016.915 manat sərf olunub. Bu məbləğin 625.514 manatı təmir, 90.977 manatı abadlıq, 76.700 manatı avadanlıq, 74.680 manatı inventar, 44.850 manatı mətbəə, 41.791 manatı dəftərxana, 37.900 manatı nəqliyyat vasitəsinin alınması, 24.503 manatı isə "sair xərclər"ə sərf olunub. Deyilənlərə görə, öncəki illər Gəncə Dövlət Universitetinin heç bir tenderini qazanmayan, yüksək çinli məmurlardan birinə aid olduğu deyilən "İnstal-Servis" MMC əsaslı təmir işlərini 527.049 manata görüb. 2015-ci ilin 6 ayı üzrə ali təhsil ocağında ümumi dəyəri 1.882.199 manat olan 15 satınalmaya dair məlumat var. Bu da əvvəlki rektorun xərclədiyindən 10.68 dəfə çoxdur. Əvvəlki illərdə təkrar-təkrar təmir aparılmasına baxmayaraq, bu dəfə də 1.421.294 manatlıq təmir işi "İlqar-MR" MMC-yə həvalə olunub. Bu firmanın da adı şübhəli tenderlərin siyahısındadır. Ötən il üç dəfə, ümumilikdə 1.517.179 manat dəyərində təmir aparılıb, 25 min manata da layihə-smeta işləri görülüb. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, son illər ərzində Gəncə Dövlət Universitetinə ayrılan vəsaitlərin böyük hissəsi məhz tenderlər vasitəsilə yeyintiyə məruz qalıb"(qaynarinfo.az).





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər