Diqqət: təyyarələrdə peycer və radio daşımaq qadağandır!
Tarix: 20-09-2024 09:00 | Bölmə: Cəmiyyət
Diqqət: təyyarələrdə peycer və radio daşımaq qadağandır!

İsrail Livanda “Hizbullah”ın rabitə üçün istifadə etdiyi peycerləri partlatdıqdan sonra, Livan Mülki Aviasiya İdarəsi sərnişinlərə təyyarədə və baqajlarında peycer aparmağı qadağan edib.

Reyting.az
xəbər verir ki, Mülki Aviasiya İdarəsi yerli və xarici hava yolları şirkətlərinə göndərilən məktubda Beyrut Rəfik Həriri Hava Limanından uçan bütün sərnişinlərin növbəti xəbərdarlığa qədər təyyarədə peycer və radio aparatları daşımasının qadağan edildiyini yazıb.

Bildirilir ki, qadağa təkcə sərnişinlərə deyil, onların özləri ilə apardıqları baqajlara da şamil edilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq