20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Bir milyon manatlıq dələduzluq edən universitet əməkdaşının məhkəməsi başlayır
Tarix: 07-02-2019 09:44 | Bölmə: Cəmiyyət
Bir milyon manatlıq dələduzluq edən universitet əməkdaşının məhkəməsi başlayır

Dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsində olan hökmdən kassasiya şikayəti verilib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, Ali Məhkəməyə müraciət edən qadın bəraət hökmünün çıxarılmasını istəyir.

Həmçinin zərərçəkmişlər də kassasiya şikayəti verərək, onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər.

Şikayət Tahir Kazımovun icraatına verilib, məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd olunur ki, V. Osmanlı vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.

İstintaq və məhkəmə istintaqı dövründə V. Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, daha sonra məhkəmə iclaslarından yayındığı üçün həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs və zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Xatırladaq ki, V. Osmanlı əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində tyutor vəzifəsində çalışıb.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər