Evləri bir avroya satışa çıxarıblar
Tarix: 19-03-2025 14:54 | Bölmə: Cəmiyyət
Evləri bir avroya satışa çıxarıblar

İtaliyanın Abruzzo bölgəsindəki Penne şəhərində əhalinin azalmasının qarşısını almaq üçün tərk edilmiş evləri bir avroya satırlar.

Reyting.az
-ın məlumatına görə, yerli bələdiyyədən bildiriblər ki, layihənin başladığı 2022-ci ildən bəri əksəriyyəti italyanlara 6 ev satılıb. Digər evlərin də yaxın bir neçə həftə ərzində satışa çıxarılması planlaşdırılır.

“Şəhərdə yeni sahiblərini axtaran 40-dan çox boş ev var, hamısı tarixi mərkəzdədir. Ümumi əhalimiz 1200 civarında olsa da, möhtəşəm tarixi rayonumuzda cəmi min insan yaşayır. Bu yer xəyal şəhərə çevrilmək təhlükəsi altındadır”, - Penne meri Gilberto Petruci deyib.

Mer qeyd edib ki, evlər əsasən İkinci Dünya Müharibəsində zədələndikdən sonra qəsəbəni tərk edən yerli fermer ailələrinə məxsus olub. Digər ailələr isə 1970-ci illərdə fabriklərdə işləmək üçün ABŞ, Belçika, Venesuela və yaxınlıqdakı daha böyük şəhərlərə köçüb.

“Yeganə şərt, alıcıların üç il ərzində bu evləri bərpa etməyi öhdəsinə götürmələridir. Bununla belə, işə başlamaq üçün ilkin ödəniş zəmanəti istəmirik. Qədim məhəlləni canlandırmaq üçün gələnləri həqiqətən həvəsləndirmək və dəstəkləmək istəyirik”,- mer bildirib.

Qeyd edək ki, Neapol yaxınlığındakı Zungoli qəsəbəsində və Siciliya adasında Musomeli və Sambukada evlər 1 avroya satışa çıxarılıb. Bu layihəyə start verildikdən sonra isə şəhərlərdə əcnəbi əhalinin sayı artıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər